Modern.az

““Quran”da bu cür bayraq anlayışı varmı?!”

““Quran”da bu cür bayraq anlayışı varmı?!”

4 Dekabr 2015, 13:57


“Dini məscidlərdə siyasi müzakirələrin aparılması yolverilməzdir”.

Modern.az xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O, məscidlərin siyasi diskusiya yeri olmadığını qeyd edib. Vitse-spiker dinin siyasətlə qarışdırılmamalı olduğunu da bildirib:    “Hər birimizin dindən az-çox məlumatımız var. Dindarın siyasətlə nə işi var? Dindar məscidə gedib namaz qılmalıdır, siyasi diskusiyalar, dövlət əleyhinə kampaniyalar aparmalı deyil”.  

O, Nardaran hadisələri haqda da fikirlərini bildirib:

“Nardaranda hara baxırdın, qara bayraqlar asılmışdı. Dində bu cür bayraq anlayışı varmı?! Burada “Quran” oxuyan insanlar əyləşib. Onlara müraciət edirəm, “Quran”da belə hallar varmı?!

Azərbaycanda yalnız bir bayraq dalğalana bilər, o da üç rəngli Azərbaycan bayrağıdır. Bura müstəqil Azərbaycan dövlətidir və onun öz bayrağı var. Bu dövlət bizə ulu öndər Heydər Əliyevdən əmanətdir. Dövlətə xəyanət edənlər cəzalandırılmalıdır”.  

Aytən Zəhra

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi