Rusiyanın paytaxtı Moskvada biznesmeni oğurlamağa cəhd göstərən azərbaycanlılardan ibarət kriminal dəstə zərərsizləşdirilib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, həbs edilən iki Azərbaycan vətəndaşı Moskvada biznesmenlərin oğurlanması, reket və quldurluqla məşğul olub.
Rusiya mətbuatı adı açıqlanmayan azərbaycanlıların noyabrın 20-də moskvalı biznesmeni oğurlamağa cəhd göstərdiklərini, lakin həmin şəxsin fiziki gücü hesabına quldurlardan qaça bildiyini yazıblar. Məhz onun müraciəti əsasında Rusiya polisi azərbaycanlıları yaxalaya bilib.
Axtarış zamanı qruplaşma üzvlərinin üzərindən hücumlarda istifadə etdiyi bıçaq və istifadə etdikləri avtomaşın müsadirə olunub.
Hazırda dəstənin başqa yerlərdə analoji cinayətlər törətməsi ilə bağlı araşdırma aparılır.
Vüqar İsmayılov