Modern.az

Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edildi

Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edildi

4 Dekabr 2015, 16:06


Gürcüstanın 3-cü prezidenti Mixail Saakaşvili ölkə vətəndaşlığından məhrum edilib. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə hazırki prezident Georgi Marqvelaşvili sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mixail Saakaşvilinin başqa ölkə vətəndaşlığı (Ukrayna) olduğunu nəzərə alaraq, onun Gürcüstan vətəndaşlığına son verilir.

Georgi Marqvelaşvili bununla da ölkənin Ədliyyə Nazirliyinin müvafiq müraciətinə müsbət cavab verib. Mixail Saakiaşvili Ukrayna vətəndaşı kimi Odsessa vilayətinin qubernatoru səlahiyyətlərini icra edir.

Vüqar İsmaylıov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi