Modern.az

"Formula 1”in təqvimi təsdiqləndi

 "Formula 1”in təqvimi təsdiqləndi

Təhsil

4 Dekabr 2015, 16:00

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə keçirilən Baş Assambleyasının illik iclasında avtomobil idmanı sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Həmçinin 2016-cı il "Formula 1" yarışlarının təqvimi və gələn il Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-Prisinin yekun tarixi təsdiq olunub.

Qeyd edək ki, iclas çərçivəsində  Azərbaycan Avtomobil Federasiyası tərəfindən Bakıdakı "Formula 1" yarışları ilə bağlı bir sıra ikitərəfli görüşlər keçirilib. Xatırladaq ki, 30 noyabr-4 dekabr tarixlərində Parisdə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assamleyasının illik iclası keçirilir. İslasda Azərbaycan Avtomobil Federasiyasının nümayəndə heyəti iştirak edir.  Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?