Modern.az

Türkiyədə "canlı bomba" sex aşkarlandı

Türkiyədə "canlı bomba" sex aşkarlandı

5 Dekabr 2015, 10:09

Türkiyədə canlı bomba hücumları təşkil edən terror təşkilatı İŞİD Qaziantepdə terror  jiletlərinin hazırlandığı bir emalatxana qurub.

Modern.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki,  hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı anbara dair fotolar ortaya çıxıb.

 Fotolarda tikiş maşını, qumaş parçaları, intihar jiletləri, ammonium nitrat və dəmir partlama xüsusiyyətinə malik digər kimyəvi maddələr aşkarlanıb.

Ankarada 102 nəfərin öldüyü terror aktından sonra Ankara Polisi Terrorla Mübarizə İdarəsi tərəfindən  xüsusi qrup yaradılıb.

Canlı bomba terrorçusu Yunus Əmrə Alagöz ilə kimliyi hələ müəyyən olunmayan iki terrorçunun Qaziantepdəki bomba sexi ilə əlaqəli olduğunu müəyyən edən polis, bu təcavüzkarları Qaziantepdən Ankaraya gətirən Xəlil İbrahim Durğunu təqibə alıb və Qaziantepdəki evləri və bomba hazırlanan anbarları ifşa edib.

 Polisin anbarda çəkdiyi fotoşəkillərdə, vakumlanmış minlərlə daş, TNT qəlibləri, intihar jiletləri görünür. İntihar jiletləri bu anbardakı tikiş maşınları ilə hazırlandığı bildirilib. Fotoşəkillərdə 150 metr kortexks adlanan güclü partlayıcı, yüklü miqdarda TNT və ammonium nitratın olduğu görünür.

Qeyd edək ki, Qaziantep və Kilisdə ötən il İŞİD-ə aid olduğu bildirilən 33 intihar jiletinin ələ keçirilməsindən sonra İŞİD üzvlərinin intihar jiletlərini Suriyadan gətirmək əvəzinə anbarda qurduğu emalatxanada istehsal etdiyi müəyyənləşdirilib.






Ağa Akifoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi