Kabarda-Balkar Respublikasında cərrah və yerli qanunverici orqanın deputatı Hədis Bottayev öldürülüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Nalçikdə Respublika Klinik xəstəxanasının baş həkimi çalışan Hədis Bottayev öz evində güllələnib.
Deputat Kabarda-Balkar parlamentində 3 ay çalışa bilsə də, öz çıxışlarında Şimali Qafqaz sələfilərini sərt tənqid etməklə tanınırdı.
Vüqar İsmayılov