Modern.az

Azərbaycan ordusu erməni hərbçilərini belə məhv etdi - VİDEO

Azərbaycan ordusu erməni hərbçilərini belə məhv etdi - VİDEO

5 Dekabr 2015, 13:04


YouTube sosial şəbəkəsində Azərbaycan Ordusuna məxsus artilleriyanın Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki mövqelərinə endirdiyi zərbəni görüntüləyən video yayılıb.

Modern.az xəbər verir ki, görüntüləri pilotsuz uçan aparat lentə alıb. Artilleriya zərbəsi nəticəsində erməni hərbçilərinin məhv edildiyi bildirilir.

“Report”un məlumatına görə, ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub. Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var. 

Xatırladaq ki, dekabrın 4-nə keçən gecə Ermənistan qüvvələri bir neçə istiqamətdən ordumuzun mövqelərinə hücuma cəhd edib.
Müdafiə Nazirliyimizin məlumatına görə, Azərbaycan ordusunun bölmələri düşmənin qarşısını alıb və əks-zərbələrlə onu geri oturdub. Düşmənin xeyli tki verdiyi bildirilib. Ermənilər isə bir hərbçinin öldüyünü təsdiqləmişdi.



Modern.az
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi