Modern.az

Əlimdə rəsmin

Əlimdə rəsmin

Təhsil

5 Dekabr 2015, 21:09


Səndən mənə qalan,  səni  mənə xatırladan şeylər azdır. Onlar  arasında rəsmin özünəməxsusdur mənim üçün. Çünki həyatda sənin gözlərinə o qədər uzun və dərin baxa bilməmişəm,  amma şəkillər mənə azadlıq verir.

Müddətsiz olaraq səni süzərək baxıram, cizgilərini beynimə həkk edirəm. Elə zənn edirəm ki,  mənə baxırsan, amma baxmırsan.

Bilmirəm indi şəkillərinə təşəkkürmü edim. Edəcəyəm narahat olma, amma orasına həl var. Əslində sevdiyim insanlar fərqli olur. Bəziləri şəkildə necədirsə həyatda da elədir, digərləri isə rəsmlərindən fərqlidir həyatda. Məsələn mən, nə isə indi mövzumuz sənsən. Hə sən! Sən həyatda necəsənsə rəsmlərdə də elə düşürsən, qara gözlərinə həm sevinci, həm kədəri necə sığdırırsan bilmirəm ki ?!

Sevdiyini, sevgini unutmaq çətin olur. Lakin sevgi  səbəbin gözlədirsə, bax onda çox çətin unudursan, bəzən unutmursan da məcburiyyətdən yoxluğuna öyrəşirsən.

Rəsmini əlimə alanda ilk gözlərinə baxıram. Görəsən bu şəklində necə düşüb deyə sual verirəm özümə. Hər şəklində bir başqa baxırsan sevdiyim, səni görməyəndə rəsminə baxıram. Özüm özümü aldadıram. Necə də qəribədir! İnsan bilərəkdən özünü aldadır. İstərdim şəkillərinə uzun-uzun baxdığım kimi sən də mənə baxasan.

Şəkillər yada salır xatirələri.

Bəlkə də çəkdirməsək daha yaxşı olar. Mənim kimi qarşılıqsız sevənlər əziyyət çəkir. Əzizin ölür, hər şəklinə baxanda keçmişdən nələrsə yadına düşür, bu da səni ayrı cür məhv edir. Doğrudur şəkilin müsbət tərəfləri də ola bilər, amma mən adətən hər şeyə qaranlıq tərəfindən baxıram. Şəkillər bəzən son ümid yerin olur, şəkil sənin son təsəllin olur. Bir daha heç vaxt görməyəcəyin insanın rəsmi sənin  üçün onu yaşadan tək səbəb olur.

Getdin, sən gəlmirsən, yalvarsam da gəlməyəcəksən. Sənin insafın yoxdur.

Heç olmasa  şəklinə yalvarsam üzərinə düşən göz yaşımın damlaları qaytararmı səni geriyə?! O şəkil inanarmı sənsizliyə dözə bilmədiyimə?!  Anlayarmı sənsiz bu həyatda bacarmadığımı?! Bəlkə də anlayır, amma heç nə edə bilmədiyi üçün susur. Şəklinin qarşısında nə qədər əzab çəksəm də, şəklin donmuş halda sadəcə baxır.

 Niyə var bu şəkillər bizi incitmək üçün, ya  sakitləşdirmək üçün? Ola bilsin ki, ikisinə də xidmət edir.

Bəlkə də şəklinin varlığının dəyərini, yoxluğunda anlayardım. Eyniylə həyatımızda kimisə itirəndə  yoxluğu ilə varlığının nə qədər dəyərli olduğunu dərk etdiyimiz kimi. Bilmirəm. Şəklində sənin kimidir! Olsa bir dərd olmasa da, başqa bir dərd. Hansını seçim, hansı birini arzulayım? Qərarsızam. Xəyalını gözüm önündə canlandırıb, o qədər sual verib ,cavab almamışam ki ...Qoy bu sualda onlardan biri olsun.

Şəklin son ümidim, yeganə təsəllimdir.

Şəklinə qarşı laqeyd ola bilmərəm. Əks halda, şəklini də itirərəm. Bu da sənlə olan real təmasın da sonu olar. Şəklinə hörmətim sonsuz...  

Yaqut Aslanova  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi