"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar şəxslərdən yalnız 7-si stasionar şəraitdə müalicə olunur. Modern.az saytı xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının təcili yardım şöbəsinin müdiri Raud Əsədov deyib.
Onun sözlərinə görə, xəstəxanaya ümumilikdə 32 xəstə yerləşdirilib. Onların 25-nə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qalan 7 nəfər isə hazırda stasionar şəraitdə müalicə olunur. Onlardan 1-i qadın, 6-sı kişidir.
R.Əsədov deyib ki, xəstələrin heç birinin vəziyyəti ağır deyil.
Modern.az