Modern.az

İtkin düşən 30 neftçidən 1-nin meyiti tapılıb - 29 nəfər axtarılır

İtkin düşən 30 neftçidən 1-nin meyiti tapılıb - 29 nəfər axtarılır

Təhsil

6 Dekabr 2015, 17:28

“Hal-hazırda axtarışa 11 helikopter cəlb edilib. Rusiya, İran və Qazaxıstan sərhədçilərinə müraciətlər olub. Ola bilsin itgin düşmüş neftçilər güclü tufan nəticəsində onların ərazilərində tapılsın”.

Modern.az saytı xəbər verir ki, bu məlumat Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib. Qeyd edilib ki, dekabrın 6-da “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb.
Bu, 02.08.1965 təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğludur. Onun meyiti dənizdə tapılıb.

Qəza zamanı itkin düşən 29 neftçinin axtarışları davam etdirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi