Məlum olduğu kimi, Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 6 dekabr tarixi Azərbaycan Respublikasında matəm elan edilib.
Bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib, “Nizami” Kino Mərkəzində bütün filmlərin yayımı dayandırılıb.
Bu barədə Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.