Modern.az

Ermənilərin pilotsuz uçuş aparatı vurulub

 Ermənilərin pilotsuz uçuş aparatı vurulub

6 Dekabr 2015, 20:40

 

Bu gün Beyləqan rayonu ərazisində iki dəfə partlayış səsi eşidilib. Səs rayon sakinlərinin narahatlığına səbəb olub. Modern.az xəbər verir ki, Musavat.com dəqiqləşdirib ki, Beyləqanın Allahyarlı kəndində ermənilərin pilotsuz uçuş aparatı vurulub. Eşidilən partlayış səsi də bununla bağlıdır və rayon ərazisində heç bir bədbəxt hadisə baş verməyib.

Xatırladaq ki, indiyədək cəbhə xəttində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus bir neçə pilotsuz uçuş aparatı (PUA) atəş nəticəsində məhv edilib. Pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə olunur.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi