Modern.az

Qazaxıstandan itkin düşən azərbaycanlı neftçilərlə bağlı AÇIQLAMA

Qazaxıstandan itkin düşən azərbaycanlı neftçilərlə bağlı AÇIQLAMA

Təhsil

7 Dekabr 2015, 11:04


Qazaxıstan gəmiləri Azərbaycana məxsus neft platformasında baş verən yanğından sonra ərazidə müşahidə fəaliyyətlərini gücləndiriblər. Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Sərhəd Xidmətinin mətbuat şöbəsi məlumat yayıb. Qurum Xəzərdə çətin meteoşərtlərin olmasına rəğmən itkin düşən 29 azərbaycanlı neftçinin axtarışında iştirak etdiklərini deyib:

“Bu gün üçün regionda çətin meteoşərtlər qalmaqdadır. Buna baxmayaraq, sahil mühafizə xidmətinin rəisi bütün gəmi və katerlərə gücləndirilmiş şəraitdə işləməyi tapşırıb. Hər hansı obyekt, yaxud zərərçəkənlər aşkar olunarsa, onlara lazımi yardım göstəriləcək”.

Qazaxıstan Sərhəd Xidmətinin rəsmi məlumatına görə, itkin düşən neftçilərin tapılması ilə bağlı Azərbaycandan rəsmi müraciət olunmayıb. Qazaxıstan tərəfi “Günəşli” yatağında baş verən yanğının ölkə sahillərindən xeyli uzaqda yerləşdiyini bildirib.

Vüqar İsmayılov        

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi