Modern.az saytı xəbər verir ki, “Azneft” İstehsalat Birliyindəki operativ qərargahda keçirilən mətbuat kofransında qurumun baş mühəndisi Balamirzə Ağarəhimov “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. O, bildirib ki, itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.
Balamirzə Ağarəhimovun sözlərinə görə, Xəzərin Buzovna istiqamətində xilasedici jiletlər gözə dəyib: “Buzovna tərəfdə boş jiletler görünüb və oraya xilasetmə komandası gedib. Amma məlum olub ki, bu jiletler balıqçılara aid olub. Dəniz bulanıq olduğundan xilasedicilər çətin .əraitdə işləyirlər”.
Baş mühəndis təəssüfllə itkinlərdə yeni xəbər olmadığını söyləyib:
“Amma bugünükü hava şaraiti imkan verir ki, xilasetmə işləri təyyarədən və gəmilərdən aparılsın. Təssüflər olsun ki, hələ itkin düşənlərdən xilas olan yoxdur”.
Qeyd edək ki, Günəşli platformasında baş verən hadisəylə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyində növbəti konfrans saat 16:00-da baş tutacaq.
Emil Rasim