Modern.az

Federasiya prezidentindən ABŞ-a qarşı 50 milyardlıq İDDİA

Federasiya prezidentindən ABŞ-a qarşı 50 milyardlıq İDDİA

Təhsil

7 Dekabr 2015, 12:07


Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FİDE) və Kalmıkiya respublikasının keçmiş rəhbəri Kirsan İlumjinov ona qarşı tətbiq etdiyi sanksiyalara görə ABŞ-a qarşı 50 milyard dollarlıq iddia qaldırıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İlumjinov bu məbləğin onun adının sanksiyalar siyahısına daxil edilməsindən sonra yarımçıq qalan layihə və müqavilələrin dəyərindən formalaşdığını deyib.

Onun sözlərinə görə, bu səbəbdən 2016-cı ildə ABŞ-da şahmat üzrə keçiriləcək dünya çempionatı da sual altındadır.

Amerika Maliyyə Nazirliyi Kirsan İlumjinovun adını noyabr ayının sonlarından sanksiya siyahısına salıb. Rəsmi Vaşinqton federasiya prezidentini Bəşər Əsədə dəstək verməkdə və Suriya Mərkəzi Bankının maraqlarını müdafiə edən biznesmenlərə yardım göstərməkdə günahlandırır.

Vüqar İsmayılov 

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi