Modern.az

Nazir “Günəşli” yatağında xəsarət alan neftçilərlə bağlı tapşırıq verib

Nazir “Günəşli” yatağında xəsarət alan neftçilərlə bağlı tapşırıq verib

Təhsil

7 Dekabr 2015, 12:11


Səhiyyə Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 4-də “Günəşli” yatağında baş vermiş qəza nəticəsində xəsarət almış və hazırda Neftçilər xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib.

Qeyd edək ki, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Səhiyyə Nazirliyinin Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub. Vəziyyətləri yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evlərinə buraxılıb.
 
“Bu gün həmin 22 nəfər yenidən müayinələrə cəlb olunublar. Onlardan bir nəfərini (ürək bulanma diaqnozu) xəstəxanada saxlamaq məsləhət görülüb, lakin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Vəziyyətləri sabitdir və artıq palatalara göçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdir ki, onun da vəziyyəti stabildir”-deyə nazirlik bildirib.

Xəsarət alanların vəziyyətləri səhiyyə nazirinin daim nəzarətindədir. Eyni zamanda, səhiyyə nazirinin xüsusi tapşırığına əsasən xəsarət alan və hadisə nəticəsində itkin düşmüş neftçilərin yaxınlarına psixoloji yardımımın göstərilməsi üçün ilə psixoloqlardan ibarət briqada yaradılıb. Bu gün psixoloqlar yenidən Neftçilər xəstəxanasında olub, onlara lazımi yardım göstəriblər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi