Dekabrın 5-də Xətai rayonu ərazisində yaşayan Vüqar Adıgözəlov mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 5-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan Aynur Məmmədova evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb, qızı Banu və oğlu Əlişah isə xəstəxanaya yerləşdiriliblər.
Dekabrın 5-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində kirayədə yaşayan Ağstafa rayon sakini Elməddin Piriyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Modern.az