Modern.az

“Günəşli”dəki yanğında zədələnənlər əmək qabiliyyətini itirməyiblər - AÇIQLAMA

“Günəşli”dəki yanğında zədələnənlər əmək qabiliyyətini itirməyiblər - AÇIQLAMA

Təhsil

7 Dekabr 2015, 12:18


“Günəşli” yatağında baş verən yanğın zamanı xəsarət alanlardan evə buraxılan 21 nəfər bu gün müayinədən keçmək üçün növbə ilə Mərkəzi Neftçilər Xəstəxanasına gələcək. Bu haqda Modern.az saytına Mərkəzi Neftçilər Xəstəxanasının direktor müavini Nadir Mehdiyev məlumat verib: “Artıq 10-a yaxın xəstə yenidən müayinədən keçib. Xəstəxanada müalicə alan 9 nəfərdən ikisi bu gün evə buraxılacaq. Digərlərinin yəqin ki, 2 -3 günə evlərinə getmələrinə icazə veriləcək”.

Xəstələr arasında zədələrə görə əmək qabiliyyətini itirən olmadığını deyən direktor müavini bildirib ki, onlara psixoloji yardım da edilir: “Xəstələrdə, sadəcə psixoloji zədələnmə ola bilər, bu da normaldır. Lakin müayinə nəticəsində heç kəsdə psixoloji problem aşkar olunmayıb".

Nadir Mehdiyev əlavə edib ki, xəstəxanada yatan 4 neftçi cərrahiyyə, 2-si lor, 3-ü isə terapiya şöbəsində müalicəsini davam etdirir. 

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi