Ukraynanın prezidenti Pyotr Poroşenko jurnalistlərlə görüşündə Rusiyanın dövlət başçısı Vladimir Putinin Krıma dair planlarına toxunub. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenko rusiyalı həmkarının ilhaq edilən Krım yarımadasına Sibirdən əhali köçürəcəyini deyib: “Putin üçün Krım sibirlilərin yaşayacağı hərbi baza rolundadır. Mənim üçün isə Krım Ukrayna torpağıdır. Krımlılar isə ukraynalıdır. Hazırlanan strategiyalar – siyasi demokratik qərarlar və məhkəmə qərarları ilə Krımın ölkəmizə qaytarmaq üçün hər şeyi edəcəm”.
Krım 2014-cü il martından Rusiyanın tərkibinə daxil edilib. Bu yarımadada keçirilən referendumdan sonra baş tutub. Rəsmi Kiyev isə Rusiyanın Krımı ilhaq etdiyi və hərbi güc hesabına Ukraynanın ərazi bütövlüyünü pozduğunu bildirir.
Vüqar İsmayılov