Modern.az

Sabahın hava PROQNOZU - 13 dərəcə isti

Sabahın hava PROQNOZU - 13 dərəcə isti

Təhsil

7 Dekabr 2015, 13:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 9-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 08-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi