Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, dekabrın 09-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi və yağış yağacağı gözlənilir. Dekabrın 09-dan 10-u gündüzədək Azərbaycanın əsasən şimal və şərq rayonlarında hava şəratinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Modern.az