Modern.az

“Neftçilər” metrostansiyası ətrafında bomba həyəcanı

“Neftçilər” metrostansiyası ətrafında bomba həyəcanı

Təhsil

7 Dekabr 2015, 13:46


Bu gün saat 12:30 radələrində “Neftçilər” metrostansiyası ətrafında bomba həyəcanı yaşanıb. Naməlum şəxs rabitə qovşağından ”102” xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Modern.az saytına açıqlamasında deyib ki, hadisə yerinə nazirliyin əməkdaşları cəlb edilib:

“Araşdırma zamanı məlumat öz təsdiqini tapmayıb. Məlum olub ki, şəxs xuliqanlıq zəminində əlavə narahatlıq yaratmaq üçün bu addımı atıb”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi