Modern.az

Kəmaləddin Heydərov "Günəşli" yatağındakı yanan əraziyə gedib

Kəmaləddin Heydərov "Günəşli" yatağındakı yanan əraziyə gedib

Təhsil

7 Dekabr 2015, 15:10

Dekabrın 7-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olub.

Modern.az xəbər verir ki, əraziyə baxış keçirən nazir baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində tanış olub.

Sonra nazir Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılmış qərargahda birgə müşavirə keçirmiş, qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.  

Modern.az
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi