Modern.az

“Daha 3 neftçinin cəsədi tapılıb” - Hüquq müdafiəçisi xəbər YAYDI

“Daha 3 neftçinin cəsədi tapılıb” - Hüquq müdafiəçisi xəbər YAYDI

7 Dekabr 2015, 15:28


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki qəzada itkin düşmüş 29 neftçidən daha 3-nün cəsədi tapılıb. Modern.az saytı xəbər verir ki, məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı özünün Facebook səhifəsində qeyd edib.

“Aldığım məlumata görə 3 nəfər itgin düşmüş şəxsin cəsədi tapılıb. Yəqin bir azdan məlumat veriləcək”,-deyə M.Qəhrəmanlı bildirib.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi