Modern.az

"Günəşli"də itkin düşən daha 6 neftçinin cəsədi tapıldı

"Günəşli"də itkin düşən daha 6 neftçinin cəsədi tapıldı

7 Dekabr 2015, 16:28


Xəzərdəki "Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş şəxslərdən daha 6-sının cəsədi tapılıb.

Modern.az saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Rəsmi məlumata görə, bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.

Axtarış əməliyyatı davam etdirilir.

***

Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, tapılan 6 cəsəddən 4-ü Sabunçu morquna aparaılıb, adları isə hələki aşkarlanmayıb.

“İki nəfərin kimliyi isə məlumdur. Bunlar Mahmudov Ağa İzzət oğlu və Tağıyev Fuad Tahir oğludur. Adları məlum olanların meyitləri Xətai morqundadır”.

***

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 32 nəfər xilas edilib.

İndiyədək 8 nəfərin cəsədi tapılıb, 23 nəfərin axtarışları davam etdirilir.



Emil Rasim

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi