Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Müəllimlik yer üzündə ən şərəfli peşədir!” layihəsi davam edir.
Layihə əsasən təşkilat müasir müəllimin mövcud nüfuzunun yüksəldilməsi, Gəncləri müəllimlik peşəsinə həsəndirmək və bu peşəni, bu peşə sahiblərini sevdirmək, Gənc müəllimləri regionlarda çalışmağa həvəsləndirmək kimi məqsədləri qarşısına qoyub.Layihə çərçivəsində nəzərdə tutulan, müəllimlik peşəsindən bəhs edən sosial çarxların çəkilişinə başlanılıb.
İki sosial çarxın hazırlanması nəzərdə tutulub. İcra planına uyğun olaraq dekabr ayının sonunda çarxlar ictimaiyətə təqdim olunacaq.
Təşkilatın rəhbəri Rəşad Cəfərovun layihədən gözlənilən nəticələr haqqında bunları söyləyib: “Biz çalışırıq ki, Müəllimin nüfuzunun yüksəldilməsinə nail olaq, Gənclərimiz müəllimlik peşəsini və bu peşə sahiblərini niyə sevmək vacib olduğunu anlasın, Gənc müəllimlərimiz regionlarda çalışmağa həvəs göstərsinlər”.
Modern.az