Modern.az

“Günəşli” yatağındakı qəza yerindən ən yeni VİDEO

“Günəşli” yatağındakı qəza yerindən ən yeni VİDEO

7 Dekabr 2015, 17:16


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar hadisə yerində tədbirlər davam etdilir.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hələ ki yanğını tam söndürmək mümkün olmayıb.

"Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, itkin düşənlərin axtarışı üçün artıq 501 saylı meydançanın bütün sahəsi araşdırılıb və xilasedicilər növbəti sahələrə hərəkət etməyə başlayıblar: "Artıq Fövqəladə Hallar Nazirliyi daha bir vertolyotu "Günəşli" sahəsinə göndərib. Sualtı axtarış işləri ilə əlaqədar Geofizika ve Geologiya İdarəsi "Neft Daşları"nda ikinci dalğıc qrupunu işə qoşub".

B.Ağarəhimov deyib ki, 10 saylı özülün ətrafında gəmi xüsusi sualtı avadanlıqlar vasitəsilə axtarış işlərini davam etdirir.

Onun sözlərimə görə, yanğının söndürülməsi üçün sahəyə əlavə qüvvələr cəlb olunub: "Hazırda yanğının lokallaşdırılması üçün işlər görülür".

Hadisə yerindən ən son videonu təqdim edirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi