Modern.az

Çempionlar Liqasında qrup mərhələsi yekunlaşır: Bu axşam 8 oyun var

Çempionlar Liqasında qrup mərhələsi yekunlaşır: Bu axşam 8 oyun var

8 Dekabr 2015, 09:24

Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 6-cı, sonuncu turun oyunları keçiriləcək. Modern.az xəbər verir ki, 13 xalla A qrupunun lideri olan Madridin “Real” klubu öz meydanında 3 xalla sonuncu yerdə qərarlaşan “Malmö”ni qəbul edəcək. Liderdən 3 xal geri qalan PSJ isə Fransada 3 xalla qrupda 3-cü yerdəki Donetskin “Şaxtyor” komandasını qəbul edəcək.

B qrupunun lideri olan “Volfsburq” (9 xal) 1 xal geridə qalan “Mançester Yunayted”i qonaq edəcək. İngiltərə klubunun bu görüşdə qalib gəlməsi çox vacibdir. Çünki “Mançester Yunayted”dən bir xal geridə olan PSV Eyndhoven öz meydanında Moskvanın OMİK (4 xalı var) klubuna qalib gələrsə, növbəti mərhələyə Hollandiya klubu vəsiqə qazanacaq.

C qrupunda hər ikisi 10 xal toplayan “Benfika” və Madridin “Atletiko” komandaları liderlik məsələsini öz aralarındakı oyunda həll edəcəklər. “Atletiko” səfər meydanında oynadığından bu oyunda heç-heçə də qrupu lider kimi başa vurmasına bəs edəcək. Qrupda üçüncü yeri tutmaqla Avropa Liqasına qazanılacaq vəsiqənin taleyi isə İstanbulda həll ediləcək. Türkiyənin Çempionlar Liqasındakı yeganə təmsilçisi “Qalatasaray”a (4 xalı var) 1 xal geridə qalan Qazaxıstanın “Astana” (3 xal) klubu ilə heç-heçə oynamaq da kifayət edəcək.

D qrupunun lideri “Yuventus” (11 xalı var) 3 xalla sonuncu yerdə qərarlaşan “Sevilya” ilə səfərdə qarşılaşacaq. 9 xalla qrupdan çıxmaq məsələsini həll edən “Mançester Siti” isə öz meydanında Münhenqladbakın “Borrusiya” (5 xalı var) qonaq edəcək.

Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi