Modern.az

Xəsarət alan 2 neftçi bu gün xəstəxanadan evə buraxılacaq

Xəsarət alan 2 neftçi bu gün xəstəxanadan evə buraxılacaq

8 Dekabr 2015, 11:44


“Qəza nəticəsində xəsarət alan neftçilərin vəziyyəti sabitdir”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev deyib.

O qeyd dib ki, “Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlardan həmin gün 8 nəfər, dünən isə 5 nəfər xəstəxanaya müraciət edib. "Bu gün iki nəfər evə buraxılacaq. Bunlar Rəcəbov Mərdan, Əliyev Ənvərdir. Onlar ambulator müayinəyə buraxılacaq”.

N.Mehdiyev xəstələrin daim psixoloq nəzarətində olduğunu qeyd edib. 

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi