Modern.az

“AXCP ilə bağlı qalmaqalın günahkarı Əli Kərimlidir”

“AXCP ilə bağlı qalmaqalın günahkarı Əli Kərimlidir”

8 Dekabr 2015, 12:11

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə yeni yaradılan AXCP-nin sədri  Razi Nurullayev arasında münasibətlər gərgin olaraq qalır. Razi Nurullayevin AXCP adına iddialı olması tərəflər arasında gərginliyi hər gün bir az da artırır.

Ədliyyə Nazirliyi AXCP-nin sonuncu qurultayının nəticələrini geri qaytarsa da, Razi Nurullayevin də AXCP-sinin qeydiyyatını tanımayıb.

Tanınmış politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında tərəflər arasında gedən mübarizəni qınayıb: “Əvvəla, bunlar ciddi siyasət aparmaq əvəzinə, intriqalarla məşğuldurlar. Razi Nurullayev isə cəmiyyətdə sıfır mövqe qazanıb. Razi Nurullayevin mahiyyəti odur ki, hakimiyyətin Əli Kərimliyə qarşı apardığı oyunda alət rolunda qərarlaşsın”.

Zərdüşt Əlizadə intriqaların yaranmasında günahkarın kimliyini də deyib: “İki AXCP-çi arasında gedən intriqalarda ən böyük günah Əli Kərimlinin üzərindədir. Günah ondan ibarətdir ki, Razi Nurullayev kimi bir şəxsi gətirib özünə müavin təyin etmişdi. AXCP tarixi olan bir təşkilatdır. Razi Nurullayevin yaratdığı təşkilat isə başqa qüvvələr tərəfindən yaradılan bir təşkilatdır”.

Razi Nurullayev AXCP sədri Əli Kərimlininn keçmiş müavinidir.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi