Modern.az

Azərbaycanda üç nəfər bədbəxt hadisədə ölüb

Azərbaycanda üç nəfər bədbəxt hadisədə ölüb

8 Dekabr 2015, 12:48


Dekabrın 8-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Aytəkin Hüseynova evində dəm qazından zəhərlənərək ölüb.

Modern.az saytı xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su anbarında qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində keçinib.

Dekabrın 7-də Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan şəhər Azər İşıq Məhdud Məsuliyyətli Cəmiyyətində işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşməsi nəticəsində xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi