Modern.az

İŞİD daha 5 Rusiya vətəndaşını edam etdi

İŞİD daha 5 Rusiya vətəndaşını edam etdi

Təhsil

8 Dekabr 2015, 14:39

İŞİD (İslam dövləti) terror təşkilatı Rusiya vətəndaşı olan daha 5 nəfəri edam edib. Modern.az Rusiyanın “Lifenews” agentliyinə istinadən xəbər verir ki, Şimali Qafqazdan gələrək İŞİD-ə qoşulan döyüşçülər terror qruplaşması üzvləri tərəfindən casusluqda ittiham olunurdular.

Bundan bir neçə gün öncə İŞİD silahlıları daha bir Rusiya vətəndaşı – 23 yaşlı Maqomed Xasiyevi edam ediblər. Xasiyevin cəlladı rolunda da İslamı qəbul edən rus ekstremistinin çıxış etdiyi müəyyən olunub.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?