Türkiyə hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyin mümkünlüyünü müzakirə edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
Hökumət başçısının sözlərinə görə, sanksiya məsələsi Nazirlər Kabinetinin dünənki iclasında qaldırılıb. Baş nazir deyib ki, Rusiya ilə əlaqələrin məhdudlaşdırılması ehtiyac yaranarsa tətbiq oluna bilər. Davudoğlu bununla belə, Ankaranın Moskva ilə dialoqa hazır olduğunu da vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin həyaya keçirilməsi haqda fərman imzalayıb. Bundan sonra Rusiya hökuməti dekabrın 1-dən qadağa qoyulacaq məhsulların siyahısını təqdim edib.
Modern.az