Modern.az

15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsi veriləcək

15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsi veriləcək

Təhsil

8 Dekabr 2015, 16:04

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi haqqında” qanuna təklif olunan dəyişiklik müzakirə olunub. Modern.az xəbər verir ki, dəyişikliyə görə Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlara da 2017-ci il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi veriləcək. Dəyişiklik layihəsi 15 yaşı tamam olmayan Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq edilməsinə görə təklif olunub.

Müzakirələr zamanı məlumat verilib ki, 15 yaşı tamam olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə əsasnamədə nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir.

5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlı olacaq. Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişiklik layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi