Modern.az

“Günəşli” faciəsinin qurbanlarına dənizdə heykəl qoyulsun - TƏKLİF

“Günəşli” faciəsinin qurbanlarına dənizdə heykəl qoyulsun - TƏKLİF

Təhsil

8 Dekabr 2015, 17:31


Tanınmış şair və jurnalist Əvəz Qurbanlı “Günəşli” yatağında faciəli şəkildə həlak olanlara Xəzər dənizində abidə qoyulmasını arzu etdiyini bildirib.

Ə. Qurbanlı Modern.az saytına verdiyi açıqlamasında həyatlarına faciəli şəkildə vida deyən neftçilərin vətən, dövlət üçün çalışdıqlarını vurğulayıb.  Ona görə də neftçilərin şərəfinə dənizdə abidə qoyulmasını təklif edib:

“Günəşli” yatağında faciəvi şəkildə həlak olanlar da əslində şəhid sayılmalıdır. Bir neçə dəfə mötəbər şəxslərdən eşitmişəm ki, İslam dinində ruzi dalınca gedərkən həyatını itirənlər şəhid məqamında qəbul edilir – hər halda, bunu ilahiyyatçı alimlərimiz daha yaxşı bilər. Arzu edərdim ki, Xəzər dənizində, suyun içində - Dənizkənarı parkdan görünən bir yerdə -şəhid neftçilərimizə abidə qoyulsun... Bu, hamımız üçün bir təsəlli olar”.

Elmin NURİ 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi