Daşkəsən rayonunun icra başçısı, keçmiş deputat Əhəd Abıyev müxtəlif vaxtlarda qeyri-adi hərəkətləri və səs-küylü açıqlamaları ilə mətbuatın diqqət mərkəzinə düşüb.
Modern.az saytının məlumatına görə, bu ilin martında onun təşəbbüsü ilə Daşkəsəndə Novruz şənlikləri keçirilərkən heç kimin gözləmədiyi anda Əhəd müəllim boks əlcəyi geyinib rinqə çıxmış və yerli məmurlardan birini “əzişdirmişdi”.
Dekabrın 8-də Salyan rayonu İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun qalmaqallı fotoşəkli yayımlanandan sonra bir sıra icra başçılarının etdikləri qeyri-adi hərəkətlər gündəmə gəldi. O cümlədən Əhəd Abıyev də həmçinin...
Amma məktəblilərin gül-çiçək çələngi altından keçib getməklə qınaq obyektinə çevrilən Tahir Kərimovdan fərqli olaraq, Əhəd müəllim “boks oynamağı” ilə heç bir qəbahətə yol verməmişdi. Əksinə, bəlkə də əksər icra başçılarına idmanla məşğul olmağın xeyirli cəhətlərini aşılamışdı..
Buu maraqlı hadisənin videogörüntüsünə tamaşa etmək maraqlıdır.
Modern.az saytı Əhəd Abıyevin “boks yarışı”ndan olan fraqmenti təqdim edir.
Modern.az