Modern.az

Cahangir Hacıyevin həbsdə saxlanıldığı yer açıqlandı

Cahangir Hacıyevin həbsdə saxlanıldığı yer açıqlandı

Təhsil

8 Dekabr 2015, 19:30


Vəkil Aqil Layicov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

Bu barədə “Report”a A.Layicov məlumat verib.

O, C.Hacıyev barəsində həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verdiklərini bildirib: “Ərizəni Bakı Apelyasiya Məhkəməsinə təqdim etmişik”.

Vəkil bildirib ki, barəsində həbs-qətimkan tədbiri seçilmiş C.Hacıyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, C.Hacıyev üçün evdən gətirilən yemək və suyun qəbul edilmədiyini də deyib.

Xatırladaq ki, C.Hacıyev CM-in 178.3.2 (dələduzluq - xüsusilə iri məbləğdə törədildikdə) və 179.3.2-ci (iri məbləğdə mənimsəmə) maddələri ilə ittiham olunur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi