Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Modern.az saytı xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli öz "feysbuk" səhifəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evindən Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılıb: “Fuad bəyin hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik”.
Modern.az