Modern.az

Rusiya Azərbaycana yeni hərbi attaşe təyin edib

 Rusiya Azərbaycana yeni hərbi attaşe təyin  edib

Təhsil

8 Dekabr 2015, 20:20

 

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına  verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilib. İllik əməkdaşlıq planına əsasən müdafiə nazirlikləri nümayəndə heyətləri arasında keçirilən işçi görüşlər, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlər və təlimlər qeyd olunub.  

Səfir V. Doroxin ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi polkovnik İqor Lobastovu Z. Həsənova təqdim edib.      

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi