Modern.az

Fuad Qəhrəmanlının ittiham olunduğu maddələr bəlli olub

 Fuad Qəhrəmanlının ittiham olunduğu maddələr bəlli olub

Təhsil

8 Dekabr 2015, 22:31

 

Dekabrın 8-də axşam saatlarında dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib. Modern.az saytı xəbər verir ki, Baş Prokurorluğun təqdimatından sonra F.Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə aparılıb.

AXCP-dən verilən məlumata görə, F.Qəhrəmanlı F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1- (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə təqsirləndirilir.

Artıq F.Qəhrəmanlının evində axtarış aparılacağı ilə bağlı qohumlarına da məlumat verilib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi