ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp özünü faktiki olaraq bu yarışdan məhrum edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Ağ evin nümayəndələri bəyanatla çıxış ediblər.
“Trampın müsəlmanlarla bağlı fikirləri onu prezidentlik uğrunda yarışdan kənarda qoyub”, - Ağ evin mətbuat katibi Coş Ernest deyib.
Onun sözlərinə görə, indi ən başlıcası digər respublikaçı namizədlərin fikirlərini eşitməkdir, onlar Trampın lehinə səs verəcəklərmi?
Coş Ernestin fikrincə, Trampın söylədikləri onun prezident uğrunda yarışdan kənarlaşdırılması üçün yetərlidir.
Ağ evin nümayəndəsi onu da xüsusi vurğulayıb ki, ekseentrik siyasətçinin fikirləri ölkənin milli təhlükəsizliyi üçün təhlükədir.
Donald Tramp dekabrın 7-də müsəlmanların ABŞ-a gəlmələrinə qadağa qoyulması təklifini irəli sürüb.
Modern.az