Modern.az

Sualtı axtarışlar dayandırılıb - İtkin neftçilərdən təzə xəbər yoxdur

Sualtı axtarışlar dayandırılıb - İtkin neftçilərdən təzə xəbər yoxdur

Təhsil

9 Dekabr 2015, 11:32


Bu gün səhər saatlarından başlayaraq FHN-nin və AZAL-ın helikopterləri itkin düşən neftçilərin axtarışlarını davam etdirir.

Modern.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin (İB) baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib. 

O, bildirib ki, sualtı axtarışlar müvəqqəti olaraq dayandırılıb: “Bu cür hava şəraitində sualtı axtarışların aparılması təhlükəlidir və bu baxımdan axtarışlar müvəqqəti olaraq dayandırılıb”.

B.Ağarəhimov qeyd edib ki, Günəşli yatağındakı yanğının söndürülməsi üçün 5 gəmi səfərbər edilib.
“Hava şəraiti əlaqədar olaraq dünən qeyd etdiyimiz tərtibatı tam quraşdıra bilməmişik”.

Emil Rasim

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi