Modern.az

Şahidlər Rauf Mirqədirovun əleyhinə ifadə vermədilər

Şahidlər Rauf Mirqədirovun əleyhinə ifadə vermədilər

Təhsil

9 Dekabr 2015, 12:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayan-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Jurnalistin hüquqlarını müdafiə edən vəkil Fuad Ağayevin Modern.az saytına verdiyi məlumata görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə hal şahidlərin dindirilməsi başa çatıb: “Şahidlər Rauf Mirqədirovun əleyhinə ifadə vermədi. Məhkəmə prosesi dekabrın 14-də davam etdiriləcək”.

“Ayna- Zerkalo” qəzetinin əməkdaşı R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. R.Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.



Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi