Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni hava hərəkətinin idarə edilməsi qülləsinin açılışı olub.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, radiolokator ilə təchiz olunan yeni hava hərəkətinin idarə edilməsi qülləsi hazırda Avropada unikal sistem kimi tanınır və hava hərəkətinin idarə edilməsi sahəsində bütün müasir tələblərə cavab verir.
Hava hərəkətinin idarə edilməsi qülləsi təyyarələrin hava limanına yanaşması zamanı və limanın manevr zonalarında hərəkətinin daha səmərəli idarə edilməsinə imkan verəcək.
Aytən ZƏHRA