Modern.az

İtkin neftçilər Neftçala-Lənkəran istiqamətində də axtarılır

İtkin neftçilər Neftçala-Lənkəran istiqamətində də axtarılır

Təhsil

9 Dekabr 2015, 14:11


Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb, buna baxmayaraq itkinlərin axtarışları davam etdirilir. Bu haqda Modern.az saytına məlumat verən Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib ki, 5 gəmi, o cümlədən FHN-nin “Vixr-9” yanğınsöndürən gəmisi yanan platformanın ətrafındadır: “Bir helikopterimiz isə Neftçala-Lənkəran istiqamətində axtarışı davam etdirir”.

Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 32 nəfər xilas edilib. 
İndiyədək 7 nəfərin cəsədi tapılıb, 23 nəfərin axtarışları davam etdirilir.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi