Modern.az saytının məlumatına görə, bir qədər öncə Prezident yanında Əfv Məsələləri Komissiyası növbəti iclasına toplaşıb. İclasda əfvlə bağlı müraciətlər və bununla əlaqədar digər məsələlər müzakirə olunur.
Komissiyanın üzvlərindən Modern.az-a verilən məlumata görə, bu, qurumun son bir neçə gündə keçirdiyi dalbadal 3-cü iclasdır. İclaslarda müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq .
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq. Budəfəki sərəncamın daha çox məhkuma şamil olunacağı gözlənilir.
Modern.az