Modern.az

“Rusiyalı turistlər Türkiyəni Azərbaycana dəyişməzlər”

“Rusiyalı turistlər Türkiyəni Azərbaycana dəyişməzlər”

Təhsil

9 Dekabr 2015, 14:40


Türkiyə ilə Rusiya arasında məlum təyyarə qalmaqalının yaranması və hələ də davam etməsi ilə bağlı artıq rus turistlərinin böyük əksəriyyətinin həmin ölkəyə getməkdən imtina etdikləri yönündə məlumatlar hər gün media səhifələrində yer almaqdadır.

Son illər Türkiyəyə istirahət etməyə gələnlərin böyük əksəriyyətini də Rusiya vətəndaşları təşkil edirlər. 

Gün.Az xəbər verir ki, hətta, mediada gedən məlumatlara görə, Türkiyədə rus turistlərdən gələn gəlirlərin illik dövrəyyəsinin 6-8 milyard dollar civarında dəyişdiyi vurğulanır.

Odur ki, son günlər paralel olaraq Rusiyadan olan turistlərin Türkiyənin əvəzində Azərbaycanın istirahət məkanlarına üz tutacağı ilə bağlı ehtimallar da artmaqdadır. 

Amma gəlin görək bu ehtimallar nə qədər reallaşa bilər? 

Rusiyadan olan turistlərin Türkiyə üçün cəlb və cəzb edən ilk növbədə ucuzluq və xidmət səviyyəsinin yüksək səviyyədə olmasıdır.

Xüsusi qeyd etmək lazımdır ki, Rusiya vətəndaşları Türkiyənin dəniz sahillərindəki hotellərdə tətbiq olunan “all inclusive”  (“hər şey daxildir”) sisteminə görə bu ölkəyə gəlirdilər. Təbiidir ki, Türkiyənin əvəzində başqa bir yeri seçərkən də, onlar ilk növbədə belə bir sistem və ya ona oxşar bir iş üslubu olan yeri seçəcəklər. Azərbaycanda isə etiraf edək ki, “all inclusive”  sistemi nəinki yoxdur, ona heç azacıq da olsun yaxın gələn servis xidməti mövcud deyil.

Növbəti dəfə xatırlatmaq lazım gəlir ki, bizdə “servis” deyəndə, müştəriyə çayın yanında istəmədiyi əlavə şirniyatı, mürəbbəni, və sairəni el dilində desək “yükləmək” nəzərdə tutulur.  

Kifayət qədər tənqidlərin səsləndirilməsinə baxmayaraq, yaxın perspektivdə  bu yöndə müsbətə doğru dəyişikliklərin olacağı görünmür. 

Belə olan halda, Rusiyadan olan turistlərin Azərbaycana axın edəcəyi nə qədər real və ağlabatandır?

Millət vəkili Fazil Mustafa da Gün.Az-a açıqlamasında bu ehtimalların reallaşmasına bir o qədər inanmadığını söyləyib.

O, deyib ki, bu məsələdə  arzularımızı-xəyallarımızı bir qədər  reallıqlarla uzlaşdırmalıyıq.

“Azərbaycanda Türkiyəyə yaxın və  Türkiyə səviyyəsində turizmin inkişaf etdirilməsi perspektivi yaxın gələcəkdə görünmür. Birinci növbədə hava və coğrafi şərtlər müəyyən dərəcədə - infrastruktur olaraq böyük bir turist axınını qəbul etməyə hazır deyil. 

Xüsusilə, dəniz turizimi ilə bağlı məsələdə problemlər var. Bakı küləklər şəhəridir və burada ilin ancaq iki ayını normal dənizdən istifadə etmək imkanı var. Həmçinin, dənizdə çirklənmə səviyyəsi də Türkiyə dənizləri ilə  müqayisəolunmaz dərəcədədir. 

Antalyada, digər yerlərdə nə qədər təmiz dəniz olduğunun şahidi olmaq mümkündür. Bizdə isə dənizə hələ də  müəyyən tullantıların axıdılması davam edir və bu istiqamətdə ciddi işlər görülmür. Ona görə də bura Türkiyəyə gedən Rusiyadan olan turistlərinin axınının olacağına inanmaq olmur-bu ehtimal azdır”.

Onun sözlərinə görə, ikinci bir tərəfdən bahalıq faktoru da var:

“Azərbaycanda otellər və turist kompleksləri həddindən artıq bahadır.

Bahalı olmasaydı, turistlər çox da Türkiyəyə axın etməzdilər. Türkiyə ona görə sərfəlidir ki, Yunanıstanın, İspaniyanın turizm obyektlərindən, istirahət mərkəzlərindən daha ucuzdur. Onlar daha çox ucuzluğa diqqət edirlər. 

Eyni zamanda, temperatur-coğrafi şərtlər-hava stabilliyi məsələsi də vacibdir.  Azərbaycan bunlara cavab vermədiyi üçün də bu axının bizə gələcəyini gözləmək doğru olmaz. Ola bilsin müəyyən-şox cüzi bir qismi gələ bilər.

Hətta, bizim turizm məkanları azərbaycanlıların özü üçün əlverişli deyil. Niyə insanlarımızın böyük əksəriyyəti Gürcüstanda dincəlmyə gedirlər???

Bizdə olan ictimai iaşə xidmətləri də kifayət qədər zəifdir, yüksək vəziyyədə deyil. Otellər həddindən artıq bahadır.

Yer tapmaq, “rezervasyon” özü bir problemdir. Bunlar hamısı ciddi məsələlərdir və ona görə də turizmin inkişafı baxımından yeni bir açılım olmasa çətin ki, Türkiyəyə və ya başqa yerə getməyən insanlar bura axın etsinlər”. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi