Modern.az

“Elm haqqında” qanun layihəsi üçün işçi qrupu yaradılacaq

 “Elm haqqında” qanun layihəsi üçün işçi qrupu yaradılacaq

Təhsil

9 Dekabr 2015, 15:37



Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilir. Modern.az xəbər verir ki, iclasda komitənin 2016-cı il üçün yaz sessiyasının işlər planı təqdim edilib.  

Komitə sədri İsa Həbibbəyli “Təhsil haqqında” qanuna dəyişiklik haqqında məlumat verib və bildirib ki, yaz sessiyasının işlər planına 3 məsələ daxildir:

Yaz sessiyasında “Elm haqqında” qanun layihəsi, “Məktəbə qədər təhsil haqqında” qanun layihəsinin hazırlanmasının təşkili, “Ümumi təhsil və ilk peşə ixtisas təhsili”, “Orta ixtisas təhsili, ali təhsil haqqında” qanun layihələrinin hazırlanması üçün işçi qruplarının yaradılması daxildir.

O bildirib ki, xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslar üzrə) həyata keçirilir.

Qanuna təklif edilən dəyişikliyə görə, xüsusi qabiliyyət tələb edən sahələrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin (yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə araşdırılması ilə bağlı məhdudiyyətlər) aradan qaldırılmasını nəzərdə tutur.

Bununla da qeyd olunan sahələr üzrə magistr hazırlığının ümumi əsaslarla həyata keçirilməsi mümkün olacaq.

Deputat Musa Qasımlı bildirib ki, bu dəyişiklik gənclərin magistratura təhsilində məhdudiyyətləri aradan qaldıracaq və onlara geniş imkanlar yaradacaq. Onun sözlərinə görə, bu, eyni zamanda Azərbaycan elminin inkişafına da böyük töhfə verəcək. 

Aytən Zəhra

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi