Modern.az

Leyla Yunus azadlığa buraxıldı - VİDEO

Leyla Yunus azadlığa buraxıldı - VİDEO

Təhsil

9 Dekabr 2015, 15:39


Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bu gün azadlığa buraxılıb. 

Modern.az saytı xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb. Hakim Vüqar Məmmədovun sədrlik etdiyi posesdə Leyla Yunusun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul edilib. O, 5 il sınaq müddəti olmaqla cəzaya məhkum edilib və məhkəmə zalından azad olunub.

Leyla və Arif Yunuslar ötən ilin iyulunda həbs olunublar.

Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular. 

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bu ilin avqustunda Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum ediliblər. Arif Yunus bu yaxınlarda azadlığa buraxılıb.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi