““Elm haqqında” qanun layihəsi yeni redaksiyada müəyyən düzəlişlər edilməklə hazırlanmalı və təkmilləşdirilməlidir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.Onun sözlərinə, əsas məqsəd "Elm haqqında" qanun layihəsinin təkmilləşdirilərək Milli Məclisin yaz sessiyasına ikinci oxunuşa təqdim etməkdir:
"Layihədə səpələnmiş qaydada müddəlalar var. Burada daha konkret müddəalar yer almalıdır".
İ.Həbibbəyli onu da bildirib ki, layihədə elmin prioritetləri öz əksini tapıb və o, birinci oxunuşda bir konsepsiya kimi qəbul edilib:
“Azərbaycan elminin qarşısında yeni vəzifələr durur və dövlətimizin bundan sonra elmi əsaslarla inkişaf etməsi məsələləri də layihəyə daxil edilməlidir”.
Aytən Zəhra